Neftçalada 36 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.
2019-06-13
Baxış: 1142
13.06.2019
Bu gün günorta saatlarında Neftçala şəhərinin mərkəzindəki həyətlərdən birində bədbəxt hadisə nəticəsində 36 yaşlı qadın dünyasını dəyişib.
MAYAKİNFO-nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, elektrik nasosu vasitəsilə həyətlərini sulayan şəhərin Rəsulzadə küçəsinin sakini, 1983-cü ildə anadan olmuş Ruhiyyə Akif qızı Abışovanı elektrik cərəyanı vuraraq öldürüb.
Hadisənin elektrik naqilinin üzəri açıq olduğu üçün ehtiyatsızlıqdan baş verdiyi deyilir. Ruhiyyə Abışova 4 azyaşlı uşaq anası idi.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
2021-11-04
2023-04-18