Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd edilir

2019-06-17 Baxış: 1023
img

17.06.2019

Bu gün 17 iyun tibb işçilərinin peşə bayramı günüdür. 

MAYAKİNFO xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı olub. Bununla bağlı olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil edilib. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli olub.

Müstəqillik dövründə isə ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycanda Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

Dövlət Statistika Komitəsinin 2018-ci il məlumatına görə, ölkə üzrə orta tibb işçilərinin sayı 52 807 nəfərdir. Əhalinin hər 10 000 nəfərinə  düşən orta tibb işçilərinin sayı isə 54 nəfər təşkil edir.