Bakıda avtomobil 17 yaşlı oğlanı vuraraq öldürüb

2019-06-24 Baxış: 594
img

24.06.2019

Bakıda ölümlə nəticələn ağır qəza baş verib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə,  hadisə Sabunçu rayonu Bilgəh-Nardaran avtomobil yolunda baş verib.
Şəhər sakini Orxan Rəhimlinin idarə etdiyi "VAZ-014" markalı avtomobil piyada, 2002-ci il təvəllüdlü Murad Əliyevi vurub və nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis İdarəsində 263.2-ci (ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılıb.