Minsk-2019: Hacı Əliyev erməni ilə güləşəcək
2019-06-25
Baxış: 758
25.06.2019
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, sabah daha 3 güləşçimiz mübarizəyə start verəcək.
Bu gün həmin idmançılarımızın rəqibləri müəyyənləşib. Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) ilk görüşündə ermənistanlı Valodya Franqulyanla üz-üzə gələcək. Nurməhəmməd Hacıyevin (97 kq) rəqibi isə Radoslav Baran (Polşa) olacaq.Sabah qadın güləşçilərimizdən Irina Netreba (68 kq) da mübarizəyə qoşulacaq. O debütdə Cenni Franssonla (İsveç) qarşılaşacaq.
Qeyd edək ki, hər 3 təmsilçimiz yarışa 1/8 finaldan qoşulacaq. Yarışın ilk günü isə 1 güləşçimiz finala yüksəlib, digər üçü bürünc medal uğrunda iştirak hüququ qazanıb. Onlar da görüşlərinə sabah çıxacaqlar.
Digər xəbərlər
2021-11-04
2023-04-18