Hacı Əliyev erməni rəqibinə qalib gəldi

2019-06-26 Baxış: 952
img

26.06.2019

Minsk-2019 II Avropa Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir. 

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, bu gün daha 3 Azərbaycan güləşçisi mübarizəyə start verir. 

Sərbəst güləşçilərimizdən Hacı Əliyevin debütü qələbə ilə əlamətdar olub. 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və üçqat Avropa çempionu 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0. Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gələcək. 

Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək. 

86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.  

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov bürünc medal qarşılaşmasında təsəlliverici görüşünü qalib kimi başa vuran rumıniyalı Rares Kintoanla üz-üzə gələcək.