Hacı Əliyev: "İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm"
"Rəqiblərimə çox çətinliklə qalib gəldim. Sözsüz ki, onları daha asan məğlub etmək istərdim".
MAYAKİNFO xəbər verir ki, bunu APA-nın Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına ezam olunmuş əməkdaşına sərbəst güləş üzrə Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.
65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu Minsk-2019-da finala yüksəlməsini şərh edib. O bildirib ki, hər görüşün öz çətinliyi var: "Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim. Səhərdən ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacağını düşünürdüm. Bunu düşünə-düşünə ona qalib gəldim".
H. Əliyevin sözlərinə görə, artıq qarşıdakı final oyunlarını düşünür: "Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə ona qalib gəlim"
Pəhləvanımız finala yüksəlməsini Azərbaycanın Silahlı Qüvvələrinə həsr etdiyini də deyib: "Çalışıram ki, rəqiblərimə xal verməyim. Əksinə, özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar. Bu gün gözəl gündür, Silahlı Qüvvələri günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm".
Qeyd edək ki, ilk qarşılaşmasında ermənistanlı Valodya Franqulyana qalib gələn H. Əliyev ardınca belaruslu Georgi Koliyev və ukraynalı Hor Ohanesyandan da güclü olub. O, finalda Gürcüstan təmsilçisi Vladimi
Digər xəbərlər