Azərbaycanlıdan oğurlanan saat saxta çıxdı

2019-06-28 Baxış: 848
img

28.06.2019

İbiza şəhərində azərbaycanlıdan oğurlanmış saat orijinal yox, onun 1200 dollar dəyərində nüsxəsi olub.

Virtualaz.org bildirir ki, məlumatı bu gün "Arqumentı nedeli" nəşri yayıb.

"Onlar orijinalı yox, onun oxşarını oğurlayıblar" deyən mənbə əlavə edib ki, hadisədən dərhal sonra zərərçəkən bu barədə polisə məlumat verib.

Söhbət “Richard Mille Tourbillon F1 McLaren RM 50-03 / 01” markalı saatın, necə deyərlər, dublikatından gedir.

Xatırladaq ki, hadisə iyunun 19-da baş verib. Azərbaycandan olan iki gənc turist-22 yaşlı zəngin birisi və dostu İspaniyanın İbiza adasının Paseo-de-Joan Karles rayonunda, sahildə gəzərkən saat 16.30 radələrində hücuma məruz qalıb. Təxminən 30 yaşlarında olan şəxs qəfildən ona hücum edərək bir neçə dəfə itələyib, azərbaycanlı zəngin gənc qolundan və əlindən xəsarət alıb. Hücum edən şəxs onun guya 1,5 milyon avro dəyəri olan saatını götürərək qaçıb.

“Richard Mille 50-03 MCLaren F1” markalı saatdan dünyada cəmi 75 ədəd istehsal olunub. O, dünyada ən yüngül saatdır, ağırlığı cəmi 40 qramdır. Bu cür aşağı çəkini almaq üçün saatın hazırlanmasında titandan və TRT adlı mineraldan-poladdan 200 dəfə möhkəm olan nanomaterialdan istifadə olunur.

Saat McLaren F1 avtomobilinin əsasında hazırlanıb və turbion mexanizmi ilə işləyir. Bu mexanizm korpusun daxilində dəqiqədə 1 dövrə olmaqla fırlanır və qravitasiyanın təsirini sıfra endirir, saatın “ifrat dəqiqliyi” də elə bundadır. Saatın xronoqrafı da var və bir dəfə dolduranda 70 saat işləyir.