"NİA.AZ"-ın baş redaktoru Ali Məhkəməyə müraciət edib.
07.03.2019
Rüşvət almaqda təqsirli bilinən “Neytral İnformasiya Agentliyi”nin baş redaktoru Bəhruz İmanqulu oğlu Əliyev barəsində çıxarılmış hökmdən kassasiya şikayəti verib.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.
Şikayət Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun icraatına verilib.
Məhkəmə baxışı yaxın günlərdə keçirilək.
Qeyd edək ki, B. Əliyev ötən il mayın 30-da həbs edilib. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsində onun cəzası dəyişdirilmədən saxlanılıb.
Digər xəbərlər