Gəncədə polis ehtiyatsızlıqdan güllə yarası alıb

2019-07-03 Baxış: 891
img

03.07.2019

Gəncə sakininin yaralanması ilə bağlı hadisənin təfərrüatı məlum olub.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi xəbərə görə, güllə yarası almış şəxsin Gəncə Şəhər Baş Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin inspektoru, polis baş leytenantı, 36 yaşlı Vüqar Hüseynov olması müəyyənləşib. 
Bildirilir ki, polis əməkdaşı odlu silahla ehtiyatsız davranıb, bu zaman qarın boşluğundan güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırmalara başlanıb.