Neftçalada baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
07.07.2019
Bu gün günorta saatlarında Neftçala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
MAYAKİNFO-nun məlumatına görə, yeni çəkilmiş Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonunun Tatarməhələ kəndindən keçən hissəsində istirahət üçün Salyan şəhərindən Neftçalaya dənizə gedən ailə qəzaya uğrayıb.
Belə ki, Salyan rayonu Babazanlı yaşayış massivinin sakini Fərman Elşən oğlu Hüseynovun idarə etdiyi 10 SU 441 dövlət nömrə nişanlı “Mercedes C” markalı minik maşınının idarəetməni itirərək çevrilməsi nəticəsində avtomaşında olan sürücünün 53 yaşlı anası Əminə Davud qızı Hüseynova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Sərnişinlər - Salyan şəhər sakinləri - sürücünün atası Elşən Fərman oğlu Hüseynov və onun bacanağı - 43 yaşlı Samir Şəmsəddin oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər