Salyanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.

2019-07-07 Baxış: 1030
img

07.07.2019

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən 70-ci km-də minik maşını idarəetməni itirərək aşıb.

MAYAKİNFO-nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtomaşında olan bir ailənin 4 üzvü - Bakı şəhər sakinləri - 29 yaşlı Cavid Rafael oğlu Tahirli, onun bacısı - 32 yaşlı Kəmalə Rafael qızı Tahirova, Kəmalə Tahirovanın 1 yaşlı oğlu və 38 yaşlı həyat yoldaşı Heybət Rahim oğlu İmanov müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Cavid Tahirli travmatik şok vəziyyətində olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəsarət alanların isə ambulator müalicəyə buraxılacağı gözlənilir.

Faktla bağlı raşdırma aparılır.