Şəki Xan sarayında Xan çinarın budağı qırılıb, 19 nəfər xəsarət alıb
14.07.2019
İlkin məlumata əsasən, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində xəsarət alanlardan 5 nəfəri əcnəbi vətəndaşdır.
Bu barədə APA-nın yerli bürosuna Şəki Rayon mərkəzi Xəstəxanasından məlumat verilib.
İlkin məlumata görə, Ağacın qırılmasına ötən gündən başlayan yağışlı və qeyri-sabit hava şəraitinin səbəb olduğu bildirilir.
Hazırda prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.
Hadisə ilə bağlı Baş Prokurorluq və Mədəniyyət Nazirliyinin birgə açıqlaması olacaq.
***
saat 13.43
Bu gün Şəki Xan sarayında Xan çinarın budağı qırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı 19 nəfər xəstəxanaya müraciət edib.
Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir.
Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəssislər çağırılıb.
Digər xəbərlər