Neftçalada boğulan 3 nəfərin cəsədləri sudan çıxarılıb

2019-07-25 Baxış: 1822
img

25.07.2019

Dünən Neftçala rayonunun Yeniqışlaq kəndi ərazisində Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində çimərkən boğulmuş 3 nəfərin cəsədləri sudan çıxarılıb.

MAYAKİNFO xəbər verir ki, suda boğulan hər 3 nəfərin cəsədləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən bir qədər əvvəl sudan çıxarılaraq təhvil verilib.