Vergilər nazirinin 1-ci müavini Neftçalada vətəndaşları qəbul edib

2019-07-26 Baxış: 917
img

26.07.2019

İyulun 24-də Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov Neftçala şəhərindəki Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib.

MAYAKİNFO xəbər verir ki, Qəbulda Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının sakinləri iştirak ediblər. Onların müraciətlərində vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlər əhatə olunub.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerində həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.