Neftçalada 49 yaşlı kişi qətlə yetirilib.
05.08.2019
Dünən gecə saat 01:00 radələrində Neftçala şəhər M.Əsədov küçəsində Xatimə şadlıq sarayının arxasında üzərində xəsarətlər olan kişi meyiti tapılıb.
MAYAKİNFO xəbər verir ki, araşdırma zamanı həmin şəxsin 1970-ci il təvəllüdlü Bankə qəsəbə sakini Əliyev Mahir Abas oğlu olduğu məlum olub. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz tədbirlər zamanı Mahir Əliyevin həmkəndlisi Saleh Ələkbərov tərəfindən aralarında baş vermiş münaqişə zəminində qətlə yetirildiyi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən S. Ələkbərov tutularaq polisə təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.
Digər xəbərlər