Sumqayıtda həkim baş həkimi bıçaqlayıb

2019-08-05 Baxış: 793
img

05.08.2019

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

MAYAKİNFO-nun APA-da əldə etdiyi məlumata görə, hadisə axşam saat 17:00 radələrində Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb. 

Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. Belə ki, P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxsaylı qan itirib. Onun Sumqayıtda "Şəfqət" klinikasında əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirlir.

P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.