Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapılıb

2019-08-08 Baxış: 762
img

08.08.2019

Fövqəladə Hallar Nazirliyi Nabranda baş verən suda boğulma faktı ilə bağlı məlumat yayıb.

MAYAKİNFO-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb. P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.