Neftçalada məzunların 10 nəfəri 600-dən yuxarı bal toplayıb.

2019-08-15 Baxış: 1299
img

15.08.2019

Neftçalanın tam orta məktəblərini bitirən 506 məzundan 223 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub.

Rayon icra hakimiyyətindən MAYAKİNFO-ya bildiriblər ki, 2018-2019-cu tədris ilində rayonun 28 tam orta məktəbini 506 şagird bitirib. Onlardan 315 nəfəri ali və orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edib. Məzunlardan 223 nəfəri test suallarını düzgün cavablandıraraq respublikanın müxtəlif təhsil ocaqlarına qəbul olublar. On nəfər 600-dən yuxarı, 34 nəfər isə 500-600 arası bal toplayıb.

Rayon üzrə ən yüksək nəticəni humanitar təmayüllü “Muğan” liseyinin məzunu Hüseyn Abızadə əldə edib. O, 650 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin neft- qaz mühəndisliyi fakültəsinə qəbul olub.