Zaqatala rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

2019-08-15 Baxış: 826
img

Zakatalanın polis rəisi təqaüdə göndərilib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Zaqatala rayon Polis Şöbəsinin rəisi Adil Ələkbərov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.