Neftçalalı sahibkar qadın şagirdlər üçün ekskursiya təşkil edib.
Bir ay öncə Neftçala
rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xıllı nərə balıqartırma” zavoduna
təşkil olunan ekskursiyada rayonun sahibkar qadınlarından biri olan Sevinc
xanım Ağayevanın əlaçı şagirdlərə verdiyi söz öz təsdiqini tapıb.
MAYAKİNFO xəbər verir ki, ekskursiya zamanı
seçilən 10 şagird avqustun 13-də Bakı şəhərində yerləşən “Qız
Qalası”, “Şirvanşahlar Sarayı”, “Şəhidlər Xiyabanı” və “İçəri Şəhər” Tarix-Memarlıq
Qoruğuna tur təşkil olunub.
Şagirdlər tariximizin
səhifələrini bir-bir vərəqləyib əsrlər öncəsinin Azərbaycanını gözlərində
canlandırıblar. Sanki toxunduqları hər daş, qalxdıqları hər pillə onlara
keçmişlə bağlı nağıl deyib və bir də Şəhidlər Xiyabanı – qanları ilə tarix
yazan, gələcəyimizi quran insanların uyuduğu məkanın ziyarəti şagirdlərimizə
qürur dolu anlar yaşadıb.
Məhz bayram tətili
ərəfəsində keçmişin və gələcəyin mükəmməl ahəngini özündə birləşdirən Bakımızda
gəzinti şagirdlərimiz üçün faydalı istirahət və gözəl xatirə, Sevinc xanım üçün
isə nümunəvi vətəndaş davranışı olub.
Digər xəbərlər