Oğuzda 45 yaşlı kişi qətlə yetirilib

2019-08-16 Baxış: 693
img

Oğuzda 45 yaşlı kişi qətlə yetirilib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə,  hadisə bu gün günorta saat 12 radələrində rayonun Bucaq kəndində qeydə alınıb.

Oğuz rayon Bucaq kənd sakini, 1974-cü il təvəllüdlü Siyavuş Nurəddin oğlu İslamovla  Şəki rayon sakini Elnur Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı E. Məmmədov S. İslamovu döş qəfəsindən bıçaqlayıb. S. İslamov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cinayəti törətməkdə şübhəli sayılan E. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlanıb.