Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
2019-08-19
Baxış: 1070

19.08.2019
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
Müdafiə Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.



×
Digər xəbərlər



