Neftçala-Salyan yolunda avtomobil yanaraq kül oldu.
2019-08-20
Baxış: 2404

Neftçala-Salyan avtomobil yolunun Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində avtomobil yanıb.
MAYAKİNFO xəbər verir ki, bu gün saat 23:00 radələrində Salyan rayonunun Qaraqaşlı kəndi ərazisində Neftçala rayon Xolqarabucaq kənd sakini, 1967-ci il təvəllüdlü Abseynov Cəmaləddin Şirinbala oğluna məxsus 10-VN-918 dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtomobil hərəkətdə olarkən qəfildən alışıb. Ətrafdakı insanların köməkliyinə baxmayaq avtomobili söndürmək mümkün olmayıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yanaraq kül olub.


×
Digər xəbərlər



