Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn olunub

2019-08-21 Baxış: 845
img

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin dəfn mərasimi keçirilib.

MAYAKİNFO APA-ya istinadən xəbər verir ki, II Fəxri Xiyabanda keçirilən dəfn mərasimində çıxış edən pilotun qayınatası, politoloq Qabil Hüseynli R. Atakişiyevin Vətən uğrunda şəhid olduğunu deyib: "Bu gün həm ağır, həm də şərəfli gündür. Pəşad peşəkar pilot idi. Onun bir çox xəyalları vardı, reallaşdıra bilmədi. Ancaq o, Vətən uğrunda şəhid oldu. Bu, bütün insanlarımız üçün örnəkdir".

Daha sonra yaylım atəşi açılıb və pilot Azərbaycan himninin sədaları altında torpağa tapşırılıb.  

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov pilotun tabutunun üzərindəki bayrağı onun xanımına təhvil verib.