Dövlətinə və xalqına sadiq polis rəisi: Vüsal Şəbəndəyev

Neftçala
rayon polis şöbəsinin rəisi polis polkovniki Vüsal Şəbəndəyevin fəaliyyətində ən
ali məqam Ali baş komandana və nazirə sədaqət , xalqa hörmət və ehtiramdır.
Dövlətçiliyin
möhkəmləndirilməsi , ölkə əhalisinin təhlükəsizliyinin və ictimai asayişin təmin
olunması , vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması daxili işlər
orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir. Ölkə
rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mütərəqqi addımlar
atılır , qanunçuluğun möhkəmləndirilməsi istiqamətində təqdirəlayiq işlər həyata
keçirilir. Bu gün qonşu ölkələrlə müqayisədə Azərbaycanda ictimai- sityasi vəziyyət
sabitdir. Asayişimiz çox gözəl qorunur. Təbiidir ki, asayişin qorunmasında
Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun rolu peşəkar polis işçisi kimi
hamımız tərəfindən təqdir edilir və alqışlanır.
Yaşadığımız
Neftçala rayonunda asayişin təmin edilməsində , cinayətkarlıqla mübarizədə polis son illər əzmlə çalışır. Sözsüz ki , bu
uğurların təmin olunmasında peşəkar polis işçisi , fəaliyyətini dövlətə və
xalqa şərəflə xidmət prinsipləri üzərində quran polis rəisi Vüsal müəllim Şəbəndəyevin
əməyi misilsizdir. Rayonumuza polis rəisi təyin olunduqdan qısa müddət ərzində
bir çox açılmamış cinayət əməllərini isti izlərlə açan peşəkar hüquqşünas Vüsal
müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı . Bəşəriyyətin bəlası olan narkomaniyaya
qarşı amansız mübarizə aparan rəis bu sahədə ciddi uğurlara əl ataraq hamımızın rəğbətini qazandı. Onun rəhbərliyi
dövründə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış oldu. Bütün bu
sadaladığımız faktlar Vüsal müəllimin peşəkar polis işçisi kimi gecə-gündüz çalışması hesabına baş vermişdir
Vüsal müəllim
əsl polis işçilərinə məxsus sərt intizama , dəmir iradəyə malik olmaqla yanaşı
, həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Bu rayonda istənilən
vətəndaşı dinəlməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən
rəis bu alicənab davranışları hesabına ağsaqqalların , ziyalıların və bütün kateqoriyadan
olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq , yerlədə vətəndaşları
dinləyən Vüsal müəllim ona ünvanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün
rayonumuzda qanunun aliliyinin təmin olunmasında , vətəndaş hüquq və
azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur. Məktəblərdə
Vüsal müəllimin birbaşa təşəbbüsü və iştirakı ilə maarifləndirici görüşlər
keçirilir. Narkomaniyanın fəsadları , erkən nigahların mənfi tendensiyaları ,
dini radikalizmin qlobal bir bəla olduğu şagirdlərə aşılanır.
Vüsal müəllim
vətənpərvər bir insan kimi bir çoxlarına nümunə olaraq Qarabağ müharibəsi
veteranlarının da əzizi olaraq sevilir. Şəhid ailələrinə ,müharibə
iştirakçılarına hər zaman xüsusi qayğı ilə yanaşan polis polkovniki Vüsal Şəbəndəyev
ölkə rəhbərliyinin və daxili işlər nazirinin etimadını hərtərəfli doğruldur.
Ölkə rəhbərliyinin
atdığı hər bir addımı görməməzdən gələn bəzi üzdəniraq müxalifət funksionerləri
ali baş komandan cənab İlham Əliyevin siyasətini dəstəkləyərək cinayətkarlıqla
mübarizədə amansız olan polis rəisinin ünvanına iftiralar atmaqla məşğuldurlar.
Belə ki , konkret olaraq cinayət əməli törədərək həbs olunmuş gənc
ölkə prezidentinin humanist qərarı ilə azad olunub sonradan vəfat edibsə
bunun səbəbkarı kimi kimlərisə günahlandırmaq müxalifət liderlərinin köhnə peşəsidi.
Bu peşənin vurğunu olan xaricdən maliyyələşən bu adamcığazlar etik prinsiplərdən
kənara çıxaraq günlərini sosial şəbəkədə söyüş söyməklə keçirirlər. Konkret
cinayət əməli törətmiş şəxsi “siyası məhbus“ , “şəhid” adlandırmaq ən əzı
Qarabağ müharibəsində şəhid olan şəhidlərimizin ruhuna həqarət sayılmalıdır və
cəmiyyətin böyük əksəriyyəti tərəfindən sayılır da. Azərbaycan xalqı söyüş
müxalifəti olan bu kslrlə bağlı artıq qərarını vermiş və şəxslər 1993-cü ildən
ölkəmizin siyasi səhnəsindən birdəfəlik silinmişlər. Onların xalqımıza qarşı
etdiyi xəyanətlər və onların fəsadları hamımıza bəllidir: İşğal olunan torpaqlar və məhv olmuş
iqtisadiyyatımız.
Bu gün ölkə
rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə Sürətli inkişaf yolunu tutan ölkəmizin
sükanı etibarlı əllərdədir. Asayişin
qorunması ən yüksək səviyyəsdədir. Təhlükəsiz şəraitdə yaşamamız üçün ilk növbədə
-asayiş keşikçiləri olan polisin rolun danılmazdır. Asayişin təmin olunmasında
, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında misilsiz xidmətlərinə görə
Nazirimiz Vilayət müəllimə və onun sadiq , inanılmış , peşəkar kadrı olan Vusal
müəllimə uğurlar arzulayırıq.
Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun
ailə üzvləri
Digər xəbərlər



