Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
2019-08-24
Baxış: 1475
24.08.2019
Bu gün səhər 10:30 radələrində Neftçala şəhəri M.Əsədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
MAYAKİNFO xəbər verir ki, Neftçala rayon Mirqurbanlı kənd sakini Hüseynov Ülvi Kamal oğlu özünə məxsus 10 -OV- 260 dövlət qeydiyyat nömrəli Mercedes "C" klass avtomobili ilə Neftçala şəhər M.Əsədov küçəsində yerləşən işıqforun "qırmızı" işığında hərəkəti davam edərək yolun kəsişməsində hərəkətdə olan Neftçala şəhər sakini Mehnətli Toğrul Pənah oğluna məxsus 99- DS- 690 dövlət qeydiyyat nişanlı Mercedes "E" klass avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil zədələnmişdir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
2021-11-04
2023-04-18