Ermənistanın sabiq Maliyyə naziri həbs edilib

2019-08-28 Baxış: 751
img

Ermənistanın sabiq Maliyyə naziri həbs edilib. 

APA-nın “Armen Press”ə istinadən xəbərinə görə, bu ilin fevralın 2-də başladılan cinayət işi çərçivəsində Ermənistanın Milli Təhlükəsizlik Xidməti sabiq Maliyyə naziri, Dövlət Gəlir Komitəsinin sabiq sədri Qaqik Xaçatryan və onunla əlbir olmaqda şübhəli bilinən şəxslərin evlərində axtarış aparıb.

Qaqik Xaçatryan və Dövlət Gəlir Komitəsinin sabiq yüksək vəzifəli məmuru Karen Xaçatryan vəzifədən sui-istifadədə ittiham edilərək həbs olunublar.

Faktla bağlı araşdırma aparılır.