Vəhşi heyvan və balıq ovuna icazə verilməsi asanlaşır
Avqustun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) mətbuat konfransı keçirilib.
APA xəbər verir ki, konfransda çıxış edən ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan “ASAN xidmət”in təmin etdiyi məkanda fəaliyyət göstərəcək:
"Dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək. Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq".
Digər xəbərlər