Neftçalada ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

2019-09-03 Baxış: 2011
img

03.09.2019.  17:00

03 sentyabr  2019-cu il tarixdə Neftçala  Heydər Əliyev Mərkəzində  ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

Görüşdə  Neftçala  rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə-təşkilat rəhbərləri ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri, ali məktəblərə qəbul olmuş tələbələr, valideynlər iştirak ediblər.

Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov  cıxış edərək tələbələri təbrik edib və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində müvəffəqiyyətlər arzulamışdır.

Tədbirdə Neftçala  rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev  geniş məruzə ilə çıxış edərək Ali təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və rayonun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik etmişdir.  Qarşıdan gələn yeni dərs ili münasibətilə  bütün təhsil işçilərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müstəqil müasir Azərbaycanımızda təhsil işçilərinə və tələbələrə  möhkəm cansağlığı, sülh, rifah, yeni-yeni uğurlar arzulamışdır.

İsmayıl Vəliyev bildirdi ki, hər bir tələbə müəllimlərinin və valideynlərinin  etimadını doğruldaraq, ali məktəb tələbəsi adını qazandığı kimi,  tələbəlik illərində də nümunəvi təhsili ilə rayonumuzun şərəfini uca tutmalı, sevib-seçdiyi ixtisasını kamil mütəxəssis olaraq başa vurmalıdır.
           İsmayıl Vəliyev  bir daha tələbə adını qazanmış bütün məzunları səmimi-qəlbdən təbrik edib, gələcək təhsil yollarında onlara uğurlar arzulamışdır.
             Tədbirdə məzunları yüksək nəticə göstərmiş Qismət Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbinin direktoru Ruhəngiz Nəcəfova,  624 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi  fakultəsinə qəbul olmuş Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin məzunu   Seyidxanım Mirzoyeva, rayon üzrə ən yüksək bal toplamış Humanitar təmayüllü “Muğan” liseyinin məzunu Abızadə Hüseyn Həsən oğlu və valideyni İlhamə Abıyeva, 620 bal toplayaraq Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakultəsinə qəbul olan II Qaralı kənd tam orta məktəbin məzunu Fərəcova Səkinə Vüqar qızı, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı Gənclər birliyinin  sədri Ülvi Fərzəliyev  çıxış edərək ölkəmizdə təhsilə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.


Sonda 600 baldan yüksək nəticə göstərən bir qrup tələbəyə qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

Qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş 505 nəfərdən 227 nəfərinin ali məktəblərə qəbul olmuşdur. 34  məzun 500-600 bal arası, 10 məzun isə 600 baldan yuxarı nəticə göstərmişdir.