Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

2019-09-21 Baxış: 607
img

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar  Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.

Bu barədə MAYAKİNFO-ya Müdafiə Nazirliyindən bildirilb.

Məlumata görə, tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.