Neftçalada qaz təchizatı dayandırılacaq
2019-09-24
Baxış: 1175

24.09.2019. 09:30
Bu gün Neftçala rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.
“Azəriqaz” İB-dən MAYAKİNFO -ya verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində yeni çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.
Digər xəbərlər



