Azərbaycan qadınlarına Müraciət
Hörmətli Analar və Xanımlar,
Bildiyimiz kimi, xalqımızın tarixində Azərbaycan qadınına hər zaman yüksək hörmət və ehtiram göstərilmiş və bu milli -mənəvi dəyərlərimizin ən ali göstəricisi olmuşdur. Hələ yüz illər öncə xalqımızın yaratmış olduğu kitabi Dədə Qorqudda qadına verilən qymət və etimad bütün insanlıq üçün nümunə olmuş, qadın haqqı Tanrı haqqı kimi qiymətləndirilmişdir.
Müqəddəs kitabımız olan Qurani-Kərimdə cənnət anaların ayağı altında deyilmişdir. Bütün bunların nəticəsidir ki, hər bir insan üçün müqəddəs olan Vətən kəlməsi Ana adı ilə bərabər Ana Vətən, Ana Torpaq kimi adlandırılmışdır.Müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyev Azərbaycan qadınına hər zaman ən yüksək səviyyədə qiymətləndirmiş və cəmiyyəti bu dəyərləri qorumağa və yaşatmağa səsləmişdir.Bügün qloballaşan dünyamızda qadın haqları hətta insan haqlarının fövqündə dayanır.
Bu mənada çağdaş dünyada mövcud olan BMT,ATƏT, AŞPA, AP və bu kimi beynəlxalq təşkilatların insan haqları ilə bağlı qəbul etdiyi sənədlərdə qadın haqları xüsusi vurğulanır. Təsadüfi deyil ki, bu il beynəlxalq ictimaiyyət 1979-cu ildə BMT-nin qəbul etdiyi Qadınlara qarşı hər cür ayrı-seçkiliyin ləğv edilməsi konvensiyasının 40, gələn il isə bu təşkilatın qəbul etdiyi Pekin Fəaliyyət Planının 25 və Dayanıqlı İnkişaf Məqsədlərinin 5 illiyi üzv ölkələr tərəfindən təntənəli sürətdə qeyd edilir. Qeyd etmək lazımdır ki, bu üç sənədin hər birində qadınların bərabər hüquqlar və bərabər imkanların verilməsi ilə bərabər, beynəlxalq və milli səviyyədə bugünədək prioritet olan qadınlara qarşı zorakılığın aradan qaldırılmasıdır. Məhz bu məqsədlə BMT tərəfindən hər ilin noyabr ayını dünyada qadınlara qarşı məişət zorakılığına qarşı mübarizə aylığı elan olunmuşdur.Ölkəmizdə qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması dövlət qadın siyasətinin tərkibidir və bununla bağlı xüsusi proqramlar həyata keçirilir. Azərbaycan Parlamenti Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması və onunla mübarizə məqsədilə xüsusi qanun qəbul etmişdir.
Hörmətli Analar və Xanımlar,
Bugünlərdə ölkəmizin ictimai-siyasi həyatında şok və zəlzələ effekti yaratmış bir hadisə Azərbaycan qadınlarının haqlı və çox ciddi etirazına səbəb olmuşdur.Belə ki, özlərini “ana müxalifət” adlandıran və çirkli pullarla maliyələşən bu dəstənin liderlərindən biri olan Fuad Qəhrəmanlının uzun illərdən bəri xanımına və gənc qızlarına qarşı törətmiş olduğu işgəncə faktları sosial medianın gündəmində baş xəbər kimi müzakirə olunur. Beynəlxalq sənədlərin qəbul etdiyi “....bir qadına qarşə törədilmiş zorakılıq bütövlükdə dünya qadınlarına qarşı zorakılıq və cinayətdir” prinsipi milli qanunvericiliyimizin mahiyyətində əks olunmuşdur.
Bu fakt sübut edir ki, bütün fəaliyyəti boyu milli maraqlarımıza zidd olan, ölkəmizin güclənməsina və inkişafına, dövlətimizin beynəlxalq aləmdə imicinə kölgə salmaqdan yorulmayan bu dəstə müqəddəs Azərbaycan Anasına qarşı cinayət törətməyi də özlərinin məramı hesab edir. Ölkəmizin qadın ictimaiyyəti kimi, biz qadınlar bu cinayətə nə göz yuma ,nə dözə, nə də susa bilərik. Biz ölkəmizin qadın ictimaiyyəti, bu cinayəti uzun illər bilərək, şahid olaraq və görərək gizlədən, ona ortaq olan bu dəstənin başçısı Əli Kərimlinin və dəstənin digər rəhbər heyyətinin istefasını tələb edir və tələbimiz yerinə yetməyənədək mübarizəmizi davam edirəcəyik. Əli Kərimli və onun dəstəsi bilsinlər ki, Azərbaycan cəmiyyətində qadına qarşı işgəncə törədən siyasət möhtəkgirlərinə yer yoxdur.
Mahirə Əmirhüseynova
XXI Əsrin Qadınları İB-nin sədri
Digər xəbərlər