Vəkillər Kollegiyası Neftçalada ödənişsiz hüquqi yardım xidməti göstərəcək.
"Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı bir sıra tövsiyələr vermişdir. Bu tövsiyələrdən biri də hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsidir.
MAYAKİNFO xəbər verir ki, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 28.09.2019-cu il tarixdə, saat 10:00-dan 13:00-dək Neftçala Rayon Heydər Əliyev Mərkəzində əhaliyə ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi ilə bağlı vəkillərin iştirakı ilə tədbir təşkil edəcəkdir.
Digər xəbərlər