Cəlilabad sakininə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan sakinindən narkotik götürülüb.Yenilənib.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, sentyabrın 23-də rayon sakini Heydər Əsgərovun döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diqanozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Şöbəyə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən Salyan rayon sakini əvvəllər məhkum olunmuş Süsən Əliqi saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, S.Əliqi zərərçəkən şəxslə əvvəlcə bir yerdə spirtli içki qəbul edib daha sonra aralarında yaranan mübahisə zamanı onu bıçaqlayıb.
Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, S.Əliqi həm də narkotik vasitələrin satışı ilə məşğuldur. Onun rayonun Uzuntəpə kəndi ərazisində yaşadığı evə baxış zamanı 2 ədəd kibrit qutusu və 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs marixuananı satmaq məqsədi ilə qardaşı Adildən aldığını bildirib.
Cəlilabada RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat zamanı narkotik vasitələri satan Adil Əliqi də tutularaq məsuliyyətə cəlb edilib. A.Əliqinin Abşeron
rayonu Qobu qəsəbəsində yerləşən evinə baxış zamanı oradan əlavə olaraq 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.A.Əliqi
bacısına Cəlilabad rayonunda narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün marixuana satdığını etiraf edib.
Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.
***********
MAYAKİNFO xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulmuşdur.
Polis əməkdaşları tərəfindən S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxış zamanı 6,205 qram marixuana aşkar edilərək götürülmüşdür.
Görülmüş tədbirlərlə S.Əliqiyə narkotik vasitəni vermiş şəxsin onun qardaşı -Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilmiş və o, saxlanılmışdır.
Abşeron RPİ və Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Digər xəbərlər