“Youth Inc.” Sahibkarlıq Proqramı Rusiyada keçirilən forumda təmsil edilib
“Youth Inc.” Sahibkarlıq Proqramı 22-25 Sentyabr
2019-cu il tarixləri aralığında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “
VII Rusiya-Azərbaycan Gənclər Forumu”nda Gənclər və İdman Nazirinin müavini cənab
İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvü kimi proqram
koordinatoru Talifa İsgəndərli tərəfindən “Gənclər üçün biznes. Sosial
sahibkarlıq” mövzusunda aparılan panel müzakirələrində təmsil edilib.
MAYAKİNFO xəbər verir ki, panel müzakirələrində Azərbaycanda olan sosial
sahibkarlıq və biznes ekosistemi haqqında təqdimatlar aparılmaqla yanaşı,
“Youth Inc.” Sahibkarlıq Proqramının da fəaliyyəti və yekunlaşmış “New
Generation” layihəsi ilə bağlı geniş məlumat verilib.
Forumun açılışında çıxış edən Gənclər və İdman
nazirin müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan
gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf
etdiyini bildirib. Nazir müavini vurğulayıb ki, bu forum hər iki ölkə gənclərinin
bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini
genişləndirmələri üçün çox böyük imkanlar yaradır.
Digər xəbərlər