YAP Neftçala Rayon Təşkilatı 123 və 100 yaşlı rayon sakinlərinə baş çəkib.
YAP Neftçala Rayon Təşkilatı 01 oktyabr Ahıllar Günü münasibətilə rayon ərazisində yaşayan 123 və 100 yaşlı rayon sakinlərinə baş çəkib.
MAYAKİNFO xəbər verir ki, Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının sədri Anar Cəfərov, müavini Şəfəq Balaşova, YAP Neftçala Rayon Təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev və müavini Ataş Əsədov Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən aksiyaya qoşularaq Neftçala rayonu ərazisində yaşayan yaşı 100-dən yuxarı olan sakinlərə baş çəkib.
Aksiya iştirakçıları ilk öncə rayonun Beşdəli kəndində yaşayan 123 yaşlı (1896-cı il təvəllüdlü) Səmədova Sona Cəfər qızını ziyarət etmiş, məişət şəraiti ilə tanış olmuş və həyatı barədə maraqlı söhbətlər etmişlər. Sona Səmədova qonaqlara 1918-ci ildə Neftçala rayonu ərazisində ermənilər tərəfindən törədilmiş qırğınların və türk ordusunun köməyi gəlməsinin canlı şahidi olduğu demiş və həmin hadisələr haqqında maraqlı əhvalatlar danışmışdır. Övlsdları və nəvələri Sona nənəninin uzun ömürlülüyünün səbəbi kimi düzgün qidalanmasında gördüklərini bildirmişlər.
Daha sonra aksiya iştirakçıları rayonun Aşağı Qaramanlı kəndində yaşayan 100 yaşlı (1919-cu il təvəllüdlü) sakini Xankişiyeva Güllər Ağakişi qızına baş çəkmişdir. YAP üzvləri gətirdikləri ərzaq sovqatını Güllər nənəyə təqdim etmiş, onunla xatir şəkilləri çəkdirmişlər. Güllər nənə ömrü boyu Azərbaycanın müxtəlif rayonlarını və qonşu respublikaları gəzdiyini və bu cür sağlam və gümrah qalmasının səbəbi kimi də həmin səyahətlərdən aldığı təəssüratların olduğunu bildirmişdir.
Qeyd edək ki, YAP Neftçala Rayon Təşkilatı rayon ərazisində mütamadi olaraq bu cür xeyriyyə aksiyaları keçirir.
Digər xəbərlər