Neftçala rayonunda Kür çayına körpə nərə balıqları buraxılıb
2019-10-08
Baxış: 1362
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.
Təşkil olunan mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala rayon İcra Hakimiyyətinin, “Az Varvara” MMC-nin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
MAYAKİNFO xəbər verir ki, “Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.
Qeyd edək ki, oktyabr ayının sonunadək, ümumilikdə 30 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırılmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir.
ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında yaxından iştirak etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlamamağa, onları qorumağa və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verməyə çağırır.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18