Neftçalada baş verən yanğında 1 nəfər xəsarət alıb.
2019-10-08
Baxış: 1250

Neftçala rayonunun Şorkənd kəndində yanğın olub.
MAYAKİNFO-nun məlumatına görə, Neftçala rayonunun Şorkənd kənd sakini, 1953-cü il təvəllüdlü Piriyev Cahangir Əlövsət oğlunun yaşadığı yarımtikilidə yanğın baş verib. Yataq xəstəsi olan C.Piriyev köməksiz vəziyyətdə qalaraq baş nahiyəsində xəsarət alıb. Salyan rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər



