Xəzərdə itkin düşən Neftçalalı balıqçılardan 3-ü tapılıb, 1 nəfərin axtarışları davam etdirilir.
Xəzərin Azərbaycan sektorunda 4 balıqçı itkin düşüb.
Bu barədə MAYAKİNFO-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
Balıqçıların hər birinin Neftçala rayon sakinləri olduğu bildirlir. Rayon sakinlərinin verdiyi məlumata görə, balıqçılardan 3 nəfəri digər balıqçı qayığı tərəfindən xilas edilib. Balıqçıların olduğu qayıq iki hissəyə parçalandığı üçün qayıqda olan 1976-cı il təvəllüdlü Neftçala rayon sakini Quliyev Vurğun Akif oğlunu tapmaq mümkün olmamışdır.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
Digər xəbərlər