Salyanda baş verən qəzada 20 yaşlı Neftçala sakini xəsarət alıb.
Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
MAYAKİNFO-nun Oxu.az-dan əldə etdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2104” markalı avtomobilin “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1999-cu il təvəllüdlü Kərimov Əkrəm Əlibaba oğlu və Salyanın Şorsulu kənd sakini, 2004-cü il təvəllüdlü Feyzullayev Rəvan Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb və ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər