Gələn il yaşayış yeri olmayan hərbi qulluqçulara kompensasiya ödənişi üçün 67,8 mln. manat ayrılıb

2019-10-18 Baxış: 774
img

Gələn ilin dövlət büdcəsi layihəsində  yaşayış yeri olmayan hərbi qulluqçulara kompensasiyanın ödənilməsi üçün ayrılan vəsaitin həcmi artırılır.

"APA-Economics"in məlumatına görə, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyasının məbləğinin 2019-cu ildə orta hesabla 2,5 dəfə artırılması da nəzərə alınmaqla, bu məqsədlə 2020-ci ilin dövlət büdcəsində 67,8 mln. manat vəsait nəzərdə tutulub.