Neftçalada Müstəqillik Günü qeyd olunub
Oktyabrın 18-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
MAYAKİNFO xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı İsmayıl Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra onlar Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş "Biz müstəqilik" adlı rəsm sərgisi və şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Müstəqilliyimiz əbədidir” adlı kompozisiyanı izləyiblər. Eyni zamanda, Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin, Uşaq İncəsənət və musiqi məktəbinin , Neftçala Dövlət Rəsm Qaleriyasının şagirdlərinin Müstəqillik mövzusunda əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Digər xəbərlər