Qusarda dərəyə düşən şəxsin meyiti tapılıb

2019-10-22 Baxış: 604
img

Qusarda dərəyə düşən şəxsin meyiti tapılıb.  

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun cəsədi Kuruq kəndinin dərəsi adlanan yerdə aşkarlanıb.

Ərazi sərt qayalıqdan ibarət olduğu üçün onun meyitinin çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.

***

Saat 11:20

Qusar rayonunun Buğur kəndi ərazisində bir nəfər yıxılaraq dərəyə düşüb.

Bu barədə MAYAKİNFO-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, oktyabrın 21-də saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.