Mingəçevir su anbarında ov alətləri aşkarlanıb - FOTO

2019-10-22 Baxış: 621
img

Mingəçevir su anbarında ov alətləri aşkarlanıb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, Mingəçevir su anbarında 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi Mingəçevir polis xətt məntəqəsi ilə birgə təşkil etdiyi reyd zamanı bir sıra istiqamətlərdə, həmçinin sahil zolağına yaxın ərazilərdə xeyli miqdarda sintetik torlar aşkar edilib.

8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Samir Abdullayevin bildirib ki, reyd ərzində 5 min metrdən artıq sintetik tor və digər  qanunsuz ov alətləri götürülüb. Onun sözlərinə görə qanunsuz ov alətlərindən istifadə halları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək.