Astara sakinindən 3.5 kq heroin götürülüb - FOTO

2019-10-24 Baxış: 576
img

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub böl­məsində rejim qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən MAYAKİNFO-ya verilən məlumata görə, oktyabrın 22-də saat 22:00 radələrində Astara rayonunun Şahağacı kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti sahəsində sahildən 15 metr məsafədə 1 nəfər naməlum şəxsin hərəkətləri sərhəd naryadının diqqətini cəlb edib, həmin şəxsin sutkanın qaranlıq vaxtı kolluq sahəyə yaxınlaşması, kolluqda axtarış aparması və əlində bağlama ilə qayıtması şübhə doğur­ub.  

Sərhəd naryadı tərəfindən həmin şəxsə “dayan” əmri verilib, əmrə tabe olmayaraq ərazidən qaçmağa cəhd göstərərkən saxla­nılıb. Üzərinə və bağlamaya baxış keçirilən zaman, bağlamada ümumi çəkisi 3 kq 600 qram olan narkotik maddə (3 kq 500 qram heroin, 100 qram metamfetamin) aşkar olunub.

Saxlanılmış vətəndaşın şəxsiyyəti dəqiqləşdirilib və Astara rayonu Şahağacı kənd sakini 1988-ci il təvəllüdlü Rəhmanov Sərxan Kərəm oğlu olması müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.