Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

2019-10-30 Baxış: 2015
img

 Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

MAYAKİNFO-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2019-cu il.

Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 31 oktyabr 2019-cu ildə 60 yaşı tamam olur.