Şabranda baş verən qəzada ölənlərin sayı iki nəfərə çatıb

2019-11-01 Baxış: 606
img

Oktyabrın 31-i axşam saatlarında Gəndob-Yalama yolunda baş verən qəzada ölənlərin sayı iki nəfərə çatıb.

MAYAKİNFO  AZƏRTAC-a istinadən xəbər verir ki, yolun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı ağır yaralanan sürücü Vasif İsmayılova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında müvafiq tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Vasif İsmayılovun həyat yoldaşı, Şabranın Udulu kənd sakini, 1984-cü il təvəllüdlü İsmayılova Könül Rəsul qızı isə hadisə yerində ölüb.

Qəza zamanı "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə “Hyundai” markalı yük maşının toqquşub.

Faktla bağlı araşdırma aparılır.