“Azəriqaz”ın rəhbəri işdən çıxarıldı, Ruslan Əliyev yeni baş direktor təyin olundu
                     
                      2019-11-01
                      Baxış: 1168
                   
                 
Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb.
MAYAKİNFO-nun Modern.az-a istinadən məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.
Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.
Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.
Digər xəbərlər
 
                 2021-11-04
                   2021-11-04
                 
                 2023-04-18
                   2023-04-18
                



 
                            
                            
                            
                            
                            
                            
                 
                 
                 
                 
                 
                 
                