Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanılıb
                     
                      2019-11-06
                      Baxış: 933
                   
                 
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.
Bu barədə MAYAKİNFO-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır, hadisənin təfərrüatı öyrənilir.
Digər xəbərlər
                
                


