Neftçala-Salyan yolunda mikroavtobus piyadanı vuraraq öldürüb.

2019-11-14 Baxış: 1500
img

Bu gün axşam saatlarında Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, 69 yaşlı kənd sakini Həqiqət Şahbaz qızı Babayeva yolu keçmək istəyərkən onu “Mercedes” markalı mikroavtobus vurub.

Ağır xəsrətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.